"Kaş bu xəbər yalan olsun..."

"Kaş bu xəbər yalan olsun..." Sosial

"Azərbaycanı milli geyimlərimizlə dünyada tanıdan, Könül xanım, səni itirə bilmərik. Bu xəbər yalan olsun".

News24.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı yanğında həyatını itirmiş "Bakı Milli Geyim Evi"nin rəhbəri, tanınmış modelyer Könül Vəlibəyli haqqında paylaşımında yazıb.

Müğənni Könül Vəlibəyli ilə dost olduqlarını, milli geyimlərini hər zaman onun hazırladığını bildirib:

"Könül heç evdə tapılmırdı, bütün günü xaricdə olurdu. Necə oldu həmin an evdə oldun? Əcəl apardı... O qədər yaxşı insan idi ki... Telefonuna zəng etdim, dedilər gedin xəstəxanaya. Telefonunu yerdən tapıblar. Bütün günü işləyirdi, dayanmırdı. Hər şeyə tələsirdin. Ölümə də tələsdin".

"Kaş bu xəbər yalan olsun..."