"Qadınların əlləri odun doğramaqdan qabar olub" - Tənzilə Rüstəmxanlı

"Qadınların əlləri odun doğramaqdan qabar olub" - Tənzilə Rüstəmxanlı Sosial

"Neftçalanın qazlaşdırılmasında çox ciddi problemlər var".

News24.az xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Tənzilə Rüstəmxanlı Neftçalanın qazlaşdırılması ilə bağlı çatışmazlıqlara diqqət çəkərkən deyib.

O bildirib ki, qaz təchizatındakı problemlər sakinləri ən primitiv üsullarla istilik təmin etməyə məcbur edir:

"Bəzi kəndlərdə qadınlar odun doğramağa məcbur qalır. Onların odun doğramaqdan əlləri qabar olub. Bu vəziyyət həm sosial, həm də sağlamlıq baxımından son dərəcə narahatlıq doğurur".

Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına çağırış edərək Neftçalanın qazlaşdırılması istiqamətində təcili və sistemli tədbirlər görülməsinin vacibliyini vurğulayıb:

"Bölgədə qaz infrastrukturunun yenilənməsi və problemlərin aradan qaldırılması əhali üçün həyati əhəmiyyət daşıyır".