Sabah bu iki rayonda qaz olmayacaq

Sabah bu iki rayonda qaz olmayacaq Sosial

Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28 noyabr saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", – məlumatda qeyd olunub.