Sabaha 3200 abonentin qazı kəsiləcək

Sabaha 3200 abonentin qazı kəsiləcək Sosial

Sabah Cəlilabad şəhərində 3200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

News24.az xəbər verir ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə çəkilmiş yeni qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır.

Bununla əlaqədar noyabrın 26-da saat 10:00-da şəhərin H.Əliyev prospekti, Azərbaycan küçəsinin bir hissəsi, Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, 8 Mart, M. F. Axundov, M. Ə. Sabir, Babək, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələri də daxil olmaqla ümumilikdə 3200 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.