Sakinlərin diqqətinə: bu ərazilərdə 5 gün su olmayacaq
Sosial
Sabahdan Bakıda və Xırdalanda 5 gün suyun verilməsində fasilələr olacaq.
News24.az xəbər verir ki, bu, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan işlərlə əlaqədardır.
Məhdudiyyətlər Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərini əhatə edəcək.
Noyabrın 29-dan etibarən isə suyun verlişi adi rejimdə bərpa olunacaq.