"Şamaxıda içməli su ilə bağlı ciddi problem var" - Deputat

"Şamaxıda içməli su ilə bağlı ciddi problem var" - Deputat Sosial

"Bu gün Şamaxıda ən böyük problemlərdən biri su məsələsidir".

News24.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tamam Cəfərova Şamaxı rayonunda mövcud su problemi ilə bağlı çıxış edərkən deyib. O bildirib ki, qlobal istiləşmə və iqlim dəyişiklikləri fonunda su qıtlığı təkcə Azərbaycanda deyil, bütün dünyada ciddi problemə çevrilib:

"Son illərdə həyata keçirilən layihələr sayəsində Şamaxıda içməli su təminatında nəzərəçarpacaq yaxşılaşma olub. Su infrastrukturunun yenilənməsi və yeni mənbələrin istifadəyə verilməsi müəyyən dərəcədə vəziyyəti yüngülləşdirib. Bununla belə, rayonda su çatışmazlığı hələ də tam həllini tapmayıb. Onun sözlərinə görə, xüsusilə yay aylarında əhali içməli və təsərrüfat suyu ilə bağlı çətinliklərlə qarşılaşır".

Deputat məsələ ilə bağlı əlavə layihələrin həyata keçirilməsinin, yeni su mənbələrinin cəlb olunmasının və uzunmüddətli strategiyanın hazırlanmasının vacibliyini diqqətə çatdırıb.