Yasamaldakı yanan binada olan jurnalist: "Tüstüdə ölüb-dirildik"

Yasamaldakı yanan binada olan jurnalist: "Tüstüdə ölüb-dirildik" Sosial

Jurnalist Heydər Mirzə ötən gün Yasamalda baş vermiş yanğın və tüstüləməni lentə alaraq paylaşıb.

News24.az xəbər verir ki, hadisə zamanı binadakı mənzillərdən birində olan jurnalist yanğının şiddətindən və güclü tüstüdən olduqları mənzildən çıxa bilmədiklərini deyib:

"Binada naməlum səbəbdən yanğın var, aşağı düşə bilmirik. Dostumla 12-ci mərtəbədə qalmışıq. Binada yanğın səbəbindən ölüm-itim varmı bilmirik. Evdə hər yerdən tüstü gəlir. 4cü mərtəbəyə qədər düşdük, amma tüstüdə o dünyaya gedib-gəldik. Özümüzü güclə 12-ci mərtəbəyə çatdırdıq. Nə olacaq bilmirik. Aşağıda yanğınsöndürənlər var. Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş. Bunun axırı necə olacaq, bizi çıxara biləcəklərmi bilmirəm".

Xatırladaq ki, dünən Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər həyatını itirib.