-
- 25-02-2023, 13:31
- 208
“Qarabağ” mövqeyini qorudu – UEFA REYTİNQİ
Avrokubokların növbəti oyun həftəsi başa çatıb.
News24.az xəbər verir ki, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.
Bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu üzdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür.
Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.