Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verildi
    • 27-02-2023, 10:06
    • 131

Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verildi

Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.

News24.az xəbər verir ki, bununla bağlı Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi "Twitter" hesabında açıqlama verib.

Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini, səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.

Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar.

Qeyd edək ki, Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il Talibana təhvil verilib. /Haber Global/

Teymur MƏMMƏDOV