Sibel Can Bakıdakı qazancını bu şəxslərə bağışlayacaq
    • 28-02-2023, 13:43
    • 387

Sibel Can Bakıdakı qazancını bu şəxslərə bağışlayacaq

Türkiyənin tanınmış müğənnisi Sibel Can 8 Mart - Dünya Qadınlar günündəki Azərbaycan konsertinin gəlirini zəlzələ qurbanlarına bağışlayacaq.

News24.az xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində qeyd edib. İfaçı “Azərbaycan xalqına bu müddətdə dəstəklərinə görə çox təşəkkür edirəm. Kədərimizin çarəsizliyq çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var” sözlərini əlavə edib.


Qeyd edək ki, müğənninin konserti Bakı Konqres Mərkəzində baş tutacaq. Sibel Can bu dəfə tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq.