Sibel Can sabah Bakıya gəlir
    • 6-03-2019, 12:05
    • 1 162

Sibel Can sabah Bakıya gəlir

Tanınmış türkiyəli müğənni Sibel Can sabah Bakıya gəlir. 

News24.az xəbər verir ki, "Liatris Holding"in təşəbbüsü, "Liatris Production"ın təşkilatçılığını etdiyi konsert 8 Mart Beynəlxalq Qadınlar Günü Bakı Konqres Mərkəzində olacaq. 
Azərbaycanlı pərəstişkarları üçün sevilən mahnılarını səsləndirməyə hazırlaşan ifaçının konsert biletlərinin saylı demək olar ki, tükənib.
Konsertdən 1 gün əvvəl oğlu Engincan Uralla paytaxta təşrif buyuracaq ifaçı tanınmış iş xanımı Ruhi Əliyevanın qonağı olacaq, paytaxtın maraqlı və görməli yerlərini gəzəcək. 
Qeyd edək ki, Sibel Canı canlı dinləmək istəyənlər biletləri şəhərin kassaları və iticket.az saytından əldə edə bilər. 

Teymur MƏMMƏDOV