Sibel Canın Bakı konsertinin aparıcısı bəlli oldu
    • 15-01-2019, 16:22
    • 1 416

Sibel Canın Bakı konsertinin aparıcısı bəlli oldu

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur ifaçısı Sibel Can uzun aradan sonra "Liatris Holding"in təşəbbüsü, "Liatris Production"un təşkülatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü paytaxtın Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

News24.az xəbər verir ki, bayram günü baş tutacaq konsertin aparıcısı artıq bəllidir. Konsertin aparıcısı tanınmış teleaparıcı Nanə Ağamalıyevadır.  

Qeyd edək ki, konsertinin biletləri şəhərin kassaları və iticket.az saytından əldə etmək mümkündür.

Konsertin informasiya dəstəyi News24.Az informasiya saytıdır.

Teymur MƏMMƏDOV