Bakıda qardaşdan bacısına qarşı şok hərəkət- Əmlakını məhv etdi
    • 5-12-2019, 20:33
    • 929

Bakıda qardaşdan bacısına qarşı şok hərəkət- Əmlakını məhv etdi

Bakıda bacısına məxsus olan əmlakı məhv edən şəxs barəsində ciayət işi açılıb.
News24.az -ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsində rayon sakini V.Əlimirzəyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1-ci, yəni əmlakı qəsdən məhv etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsilə açılan işin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və hakim Tərlan Əkbərovun icraatına verilib.
Qeyd edək ki, V.Əlimirzəyev bacısı D.Əlimirzəyevaya məxsus olan külli miqdarda dəyəri olan əmlakı qəsdən məhv eməkdə təqsirləndirilir.