Qalmaqallı məktəbə YENİ DİREKTOR təyin edildi
    • 1-03-2023, 14:56
    • 200

Qalmaqallı məktəbə YENİ DİREKTOR təyin edildi

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

News24.az xəbər verir ki, Tahirə Qasımova məktəbin direktoru vəzifəsinə təsdiqlənib. O, daha əvvəl həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən ay bu məktəbə direktor təyin olunan Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli müəllimlərlə yaşadığı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki T.Məmmədli fevralın 1-də direktor kimi kollektivə təqdim edilmişdi. Lakin bu müddətdə müəllimlərlə onun arasında narazılıq yaranıb. Müəllimlər dərsə girməyəcəklərini bəyan ediblər. Bundan sonra məktəbdə araşdırmalara başlanılıb. Məsələ ilə bağlı Naxçıvan MR təhsili naziri Rəhman Məmmədov məktəbə gəlib. 

Qeyd edək ki, Turan Məmmədli həm də Naxçıvan MR Ali Məclisinin deputatıdır.

Taleh BAĞIROV