"Kalsium dərmanları qəbul etmək boşuna pul itkisidir" – Revmatoloq
    • 4-10-2018, 18:50
    • 2 236

"Kalsium dərmanları qəbul etmək boşuna pul itkisidir" – Revmatoloq

Sümüklərin bərkiməsi üçün satışda yüzlərlə kalsium və vitamin preparatları var. Çox vaxt analar elə özləri seçim edərək uşaqları üçün kalsium preparatı alır. Təəssüf ki, həkimlər də bahalı vitamin əlavələrini yazmaqla məşğuldur. 
Həkim revmatoloqu Əli Əlizadə  insan kalsium preparatlarından nə kimi fayda görə bilər sualına belə cavab verdi:
"Kalsium preparatlarının sümük oynaq sisteminə heç bir faydası yoxdur. O kalsium bağırsaqlarımızla xaric olub gedir, uzağı böyrəklərimizə çöküntü verir, damarlarda toplanır. Preparatdakı kalsium hər yerdə toplana bilər, təksə sümükdən başqa.
 
Ona görə bu preparatların sümüklərə faydası da mifdir. Kalsiumu biz təbii olaraq, yeməklə almalıyıq. Əgər sümükdə ərimə baş verirsə, yanaşı bifosfonat qəbul etmək lazımdır, o da həkim məsləhəti ilə. Rentgendə osteoporoz diaqnozu qoyulmur. Bütün dünyada osteoparozun bir diaqnostika üsulu var- destimetriya. Klimakterik dövrdə bu aparatda qadın  bir dəfə yoxlanılır.
 
Yumurta qabığını üyüdüb yemək, sümüklü yeməklər yeməklə sümükləri bərkiyi fikri absurddur. Yemək, içməyin sümüklərə heç bir zərəri, ya faydası yoxdur. Spirtli içkilər, qazlı sular – sümüklərin əsas düşmənidir. Nə istəyirsiz, yeyin, artıq çəki almamaq şərtilə. Bir də qadınlarımız çalışsınlar, paxlalı məhsullar çox yesinlər”. 
//Medicina.az