Azərbaycanda satıcı və müştəri arasında anlaşılmazlıq – BIÇAQLANMA BAŞ VERDİ
    • 10-03-2022, 18:54
    • 1 498

Azərbaycanda satıcı və müştəri arasında anlaşılmazlıq – BIÇAQLANMA BAŞ VERDİ

Ağsu rayonunda gənc oğlanı bıçaqlamış 1966-cı il təvəllüdlü Abdul Cabbarov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə mhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində hadisənin səbəbi məlum olub.

Araşdırmalar zamanı hadisənin baş verdiyi gündən 1 gün əvvəl – yəni ötən ilin 11 iyul tarixində saat 11 radələrində Elvin Məmmədovun Ağsu şəhəri Səməd Vurğun küçəsində yerləşən “Sanif” marketin yanında meyvə satan Abduldan meyvə aldığı, bu zaman aralarında anlaşılmazlıq olduğu üzə çıxıb. Belə ki, 56 yaşlı kişi piştaxtadakı bir hissəsi zay olmuş meyvələri əlavə olaraq Elvinin torbasına qoymaq istəyib. Elvin isə buna etiraz edib. Abdul həmin meyvələrin çəkiyə aid olmadığını, əlavə olaraq verdiyini deyib. Elvinin sərt reaksiyasından sonra satıcı bir hissəsi çürümüş meyvələri torbadan çıxarıb və “camaat qudurub”, deyə replika atıb.

Bundan 2 gün sonra Elvin dostları ilə birgə Ağsuda məclisdə yeyib içib. O, daha sonra sərxoş vəziyyətdə 1 gün əvvəl meyvə satan kişi ilə mübahisəsini xatıtlayıb və “qudurmaq” sözünə görə, onu cəzalandırmaq fikrinə düşüb. Elvin ondan yaşca xeyli böyük olan şəxsin telefon nömrəsini axtararaq tapıb və restoranda ona zəng edərək görüşmək istədiyini bildirib. abdul zəng edən şəxsi əvvəlcə tanımasa da, sonradan onu xatırlayıb və yaşadığı məhəllədə olduğunu deyib. Gecə saat 22 radələrində bıçaqla həmin yerə gələn Elvin münaqişə yaradıb. Münaqişə vaxtı o, özü ilə gətirdiyi bıçaqla Abdula vurmaq istəsə də, sərxoş olduğundan istəyinə nail ola bilməyib. Əlbəyaxa olarkən Abdul bıçağı ondan anlıb və Elvinə bir neçə dəfə  vurub.

Məhkəmə zərərçəkmiş şəxs olan Elvin Məmmdov Abduldan şikayətçi olmadığını, ona yüngül cəza təyin edilməsini xahiş edib.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda müddətsiz ikinci qrup əlil olan Abdul Cabbarov 2 il snaq müddəti təyin edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.