Bakıda restoranda QANLI DAVA – Ofisiant müştərini ölümcül hala saldı
    • 21-05-2019, 11:50
    • 1 198

Bakıda restoranda QANLI DAVA – Ofisiant müştərini ölümcül hala saldı

Bakıda restoranda müştərini bıçaqlayan Elşən Seyidzadənin cinayət işi üzrə Xətai rayon Polis İdarəsində aparılan ibtidai istintaq başa çatıb.

News24.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq və məhkəmənin ilk iclası 3 iyun tarixində saat 10-da keçiriləcək.Elşən Seyidzadəyə Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakının Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.
Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü E.Seyidzadə 1981-ci il təvəllüdlü Rəcəb Muradovla mübahisə edib. Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.