Bu məktəbdə kişi müəllimlərinə 8 MART pulu yığılır? - FOTO
    • 3-03-2023, 14:23
    • 247

Bu məktəbdə kişi müəllimlərinə 8 MART pulu yığılır? - FOTO

Bakıdakı orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia olunub. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib. Belə ki, 60 nömrəli tam orta məktəbdə 8 Martla bağlı kişi müəllimlərinə də pul yığıldığı deyilir.  

Elm və Təhsil Nazirliyindən News24.az-a bildirilib ki, bununla bağlı araşdırma aparılıb:

“8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı məktəbdaxili araşdırma aparılıb. Araşdırma nəticəsində bəlli olub ki, 60 nömrəli tam orta məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılmasına dair "votsap qrupu"nda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib. Məsələ ilə bağlı həmin sinfin valideynləri ilə iclas keçirilib və müvafiq tövsiyələr verilib”.

Rəsmi məlumatda həmçinin bildirilib ki, məktəblərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb.

"Belə halların qarşısını alınması üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib", - rəsmi məlumatda bildirilib.

Aynurə FATEH