Azərbaycanda 15 yaşlı qızı qaçıran şəxs həbs edildi
    • 3-03-2023, 14:23
    • 537

Azərbaycanda 15 yaşlı qızı qaçıran şəxs həbs edildi

İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan, daha sonra evlənmək məqsədilə onu qaçıran şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Müşkmir kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhərində yaşayan 1998-ci il təvəllüdlü Asiman Babayevə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxlə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

İsmayıllı rayon Polis Şöbəsində aparılan ibtidai istintaq zamanı məlum olub ki, Asiman rayonun 5 saylı orta məktəbində təhsil alan 15 yaşlı Nazilə Lələyevanı (ad, soyad şərtidir) görüb və onunla tanış olub. Onlar bir neçə dəfə gizli görüşüb Asimana məxsus “Vaz” markalı avtombillə gəzintiyə çıxıblar. Dəfələrlə gecə saatlarında maşında intim münasibətdə olublar. 

Qızın valideynləri onun Asimanla münasibətindən xəbər tutduqda ona ali təhsil almalı olduğunu, hələ evlənmək yaşına çatmadığını və oğlanla münasibətini kəsməli olduğunu bildiriblər. Lakin yeniyetmə qız valideynlərinə qulaq asmayıb və sevdiyi oğlanla danışmağa davam edib. Bir neçə gün əvvəl isə Nazilə gecə saat 3-də anasına sms yazaraq Asimanla ailə quracağını bildirib və oğlanla qaçıb. Səhəri gün Asimanın valideynləri onların evinə gəlib, lakin qızın ailəsi izdivaca razı olmayıb və polisə müraciət edib. Yetkinlik yaşına çatmayan qızı qaçıran oğlan dərhal saxlanılıb, qız ailəsinə təhvil verilib.

Oğlan barəsində cinayət işi açılıb. Cinayət işinin materialları daha sonra İsmayıllı rayon məhkəməsinə göndərilib. Məhkəmədə qızın valideynləri onunla cinsi əlaqədə olan şəxsin cəalandırılmasını, ağır cəzaya məhkum edilməsini xahiş ediblər. 

İsmayllı rayon məhkəməsi Asiman Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilərək onu 1 il 6 y müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Taleh BAĞIROV