Bakı aeroportunda kran aşdı - ÖLƏN VAR

Bakı aeroportunda kran aşdı - ÖLƏN VAR
HADİSƏ

22-09-2022, 16:31

Mətn ölçüsü

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən News24.az-a bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.


***

16:16



Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA/