-
- 6-03-2023, 12:50
- 229
Qar ehtiyatları çoxdur, Kürdə suyun artımı gözlənilir
Son vaxtlar sosial şəbəkədə Kür çayında suyun azalması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı News24.az -a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, son illərdə Kür çayının suyunun azalması, ilk növbədə, iqlim dəyişikliyi ilə bağlıdır:
"İqlim dəyişikliyi 30 ildə çaylarımızda suyun 15% azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan istifadə də istisna edilmir. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır".
Rafiq Verdiyevin sözlərinə görə, bütün bu amillərlə yanaşı qonşu ölkələrdə sudan istifadənin də bu azalmada rolu var:
"Qanıx çayı Kürün əsas qoludur, Gürcüstan ərazisindən daxil olur. Oradan 30%-ə qədər su gəlir. Amma artıq qar əriyir, yaz yağışları yağır və son günlərdə Kür çayının yuxarı axarında, Qanıx çayının suyunda artım müşahidə edilir. Ehtimallara görə, yaxın günlərdə, yaz dövründə Kürün suyunun artması gözlənilir".
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdəki bütün çayların hövzələrində qarölçmə işləri aparılır. İlkin qiymətləndirməyə görə, qar ehtiyatları çoxdur. Artıq son iki gündə Kürün suyunda da artım müşahidə edilir. Ona görə, qısa zamanda Kür çayının aşağı axınında da suyun artmasına ümid edirik", - deyə Rafiq Verdiyev qeyd edib