"Bundan sonra ANA KÜRÜM olmayacaq" - EKOLOQLARDAN SOS!
    • 15-03-2022, 13:12
    • 1 743

"Bundan sonra ANA KÜRÜM olmayacaq" - EKOLOQLARDAN SOS!

Son illər Kür çayında suyun kəskin azalmasını müşahidə edilir.  Çoxları bununla bağlı həyacan təbili çalır və bunun səbəbini bir çox amillərlə əsaslandırırlarlar. 

Bəs, ekspertlər bununla bağlı nə düşünür? Doğrudanmı bu, ekoloji problem sos həddinə çatıb?


Bu haqda News24.az-a açıqlama verən ekoloq Çingiz İsmayılovun fikrincə, Kürün su həcminin azalması mövsümi xarakter daşıyır: “Təbii amillər, yağıntıların miqdarının azalması, yayın quraq keçməsi və Azərbaycan ərazisində sudan düzgün istifadə olunmaması bunu yaradan səbəblərdən biridir. Bütün bunlar kompleks şəkildə Kürün qurumasına səbəb ola bilən amillərdir. Bütövlükdə iqlim dəyişməsi, qida mənbəyinin azalması və  təssərrüfat fəaliyyəti çayda suyun tükənməsinə gətirib çıxara bilər”. 


“Bu ciddi ekoloji problemin qarşısını almaq mümkündürmü?” sualını isə ekoloq belə cavablayıb: “Kür çayının quruma səbəbi iqlim dəyişikliyi ilə bağlı olduğuna görə, qarşısını almaq çətindir. Kür transsərhəd çayıdır. Və belə çayların ehtiyatlarının səmərəli istifadəsi məqsədilə ölkələr arasında müqavilələr imzalanır. Və bu müqavilədə hər dövlətin marağı nəzərə alınmalıdır. Təəssüf ki, Kür çayı ilə bağlı heç bir müqavilə yoxdur. Halbuki Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan arasında bununla bağlı müqavilə bağlanılmalıdır ki, Kürün su həcmi tənzimlənsin və hər dövlət onun su ehtiyatından yararlana bilsin. Hazırda isə ən böyük fəsadlar Azərbaycan ərazisində müşahidə olunur. Lakin bununla bağlı hələ də monitorinq aparılmır”.


Su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovsa Kür çayının qurumasıyla yarana biləcək fəsadlardan danışıb: "Salyan və Neftçala rayonlarının təsərrüfatları Kür çayı ilə bağlıdır. Burada həm suvarma, həm balıqçılıq, həm də kürü təsərrüfatları formalaşıb. Bir sözlə, insanların yaşayış vəziyyəti Kür çayından asılıdır. Kür olmayandan sonra onların hamısı ləğv olunacaq. Bundan sonra nə suvarma, nə əkinçilik, nə balıqçılıq, nə də ana Kürüm olmayacaq. Əgər Kür çayı quruyarsa, tədricən insanlar şəhərə köç etməyə başlayacaq".

Şahnun QASIMOVA