Pediatrdan valideynlərə: Uşağınızda bu əlamətlər varsa...
    • 6-03-2023, 15:10
    • 395

Pediatrdan valideynlərə: Uşağınızda bu əlamətlər varsa...

Astenik problemlər sinir sisteminin və orqanizmin spesifik xüsusiyyətləri ilə sıx bağlıdır. Bu, uşaqların tez yorulması, onların şəxsiyyət olaraq bir neçə keyfiyyətinin formalaşmasında problemlər yaranmasına səbəb olur. Asteniklər, yəni tez yorulan uşaqlar, başqalarına nisbətən daha tez küsür, inciyir. Hər hansı kobud davranış nəticəsində onların özgüvənlərini aşağı salmaq çox asan olur. bu tip uşaqlar xəstə deyil, ancaq  valideynlər hansısa sağlıq probleminin olduğunu düşünürlər. Bu əlamətlər uşağınızda varsa, demək astenik tipdir.

News24.az həmin əlamətləri təqdim edir: 

- onlar tez yorulandır. Çox da yükləməyin, həm fiziki həm zehni. Yorulduqca bənizi ağarır, rəngi solur. 
- belə doğulurlar, kimsə ilə müqayisə etməyin. Şübhəsiz valideynlərdən birinə oxşayıblar.  Ömürlük eyni halda qalmasalar da müəyyən əlamətlər davamlı olur. 
- ayaq üstə uzun müddət dayana bilmir. Hətta bayılma da ola bilər. Məsələn, metroda, tədbirdə.
Buna görə uzun müddət ayaqda qalacaq bir şəraitdədirsə, öncədən baş verə biləcək halı demək lazimdir və başa salın ki, halın pisləşəndə əyil, başını aşağı salla. 
- dərs ortası başını partaya qoyub dincəlməyə ehtiyaları var: çunki boyun əzələləri tez yorulur və beyin qan dövranı zəifləyir. Halsızlaşma, soyuq tər, özündəngetmə görə bilərik.
- maşında uzun yol gedərkən  başını harasa söykəmək ehtiyacı olur. 
- bir işi tam sona kimi yetirməkdə səbirsizdirlər, qərar verərkən çox düşünürlər. 
- tez həvəsdən düşə bilirlər. Fiziki və zehni gücdən başqa, digər bacarıqlarını üzə çıxarmağa çalışın.
- Bağ aparatı boş olduğu üçün oynaq, ayaq ağrılarından şikayət edirlər.
- yastı ayaqlılıq, skolioz, qəbizliyə meyilli olurlar. 
- qan , kəsik, əməliyyat görəndə halı pisləşir. Qanalmadan sonra belə bayılma olur
- teztez "nəfəsim çatmır" ifadəsini işlədirlər. Bu nə ürək, nə zob ilə bağlı deyil. Onların düşüncələrinə belə dözümsüzlüyü olur. Nə düşündüklərini isə demirlər.
-yeməyə qarşı seçici olurlar, birdəfəyə az yeyirlər,  teztez acırlar. Hər şeyi də bəyənmirlər. Tənqidçi olurlar.
-qıcıqlı olurlar. Emosiya, əhval-ruhiyələri tez dəyişir. 
-Astenik sindrom birincili yəni anadangəlmə olduğu kimi sonradan da yarana bilir. Məsələn, infeksion xəstəlikdən (əsasən virus) , əməliyyatdan sonra. İştahsız, qıcıqlı olmaq, yuxu pozulması, halsızlıq ilə özünü göstərir.