FHN-in nəqliyyat vasitələrinin bir hissəsi Bakıya qayıdır - Video
    • 7-03-2023, 14:01
    • 161

FHN-in nəqliyyat vasitələrinin bir hissəsi Bakıya qayıdır - Video

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Bu barədə News24.az -a FHN-dən bildirilib.

Tərkibinə 14 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.