Göyçayda 73 yaşlı kişi itkin düşdü
    • 7-03-2023, 14:40
    • 195

Göyçayda 73 yaşlı kişi itkin düşdü

Göyçayda 73 yaşlı kişi itkin düşüb.

News24.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu martın 6-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat veriblər.
Onun kənd ərazisindən keçən su kanalına düşdüyü ehtimal olunur.

Hazırda kanalda axtarış-xilasetmə işləri aparırlar.