"Oskar"da “qırmızı xalça” ənənəsi dəyişir: YENİ RƏNG BELƏ OLACAQ - FOTOLAR
    • 9-03-2023, 13:47
    • 234

"Oskar"da “qırmızı xalça” ənənəsi dəyişir: YENİ RƏNG BELƏ OLACAQ - FOTOLAR

95-ci dəfə keçiriləcək "Oskar" mükafatlarında 62 ildən sonra sürpriz dəyişiklik edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, kino dünyasının səbirsizliklə gözlədiyi gecədə simvolik qırmızı xalçanın rəngi dəyişir.

Kino sahəsi üçün ilin ən böyük gecəsində ulduzların keçəcəyi məşhur Hollivud Bulvarına böyük xalça döşənib.

1961-ci ildən qırmızı rəngdə olan ikonik xalça indi şampan rəngində olacaq. 

Qeyd edək ki, "Oskar" mükafatlandırma mərasimi hər il olduğu kimi bu il də məşhur tok-şou aparıcısı Kimmelin aparıcılığı ilə Hollivuddakı "Dolby" teatrında keçiriləcək.

Teymur MƏMMƏDOV