Tamaşaçısız "Oskar" - ULDUZLAR COVID TESTİ VERƏCƏK
    • 23-03-2021, 14:03
    • 381

Tamaşaçısız "Oskar" - ULDUZLAR COVID TESTİ VERƏCƏK

Bu il "Oskar" film mükafatlandırma gecəsi tamaşaçısız keçiriləcək.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar bu qərarı koronavirus pandemiyası ilə bağlı veriblər. Bildirilib ki, mükafatlandırma gecəsi kamera formatında məhdud sayda qonağın iştirakı ilə baş tutacaq. Gecədə yalnız "Oskar"a layiq görülən şəxslər və mükafatı təqdim edən aparıcılar iştirak edəcək. 

Təşkilatçılar təhlükəsiz və əyləncəli axşam təşkil edəcəklərini bildiriblər:"Zoom vasitəsilə iştirak etmək mümkün olmayacaq. Ulduzlar Los Anceles Mərkəzi Dəmiryol Vağzalında bir araya gələcəklər. Lakin şounun çox hissəsi ənənəvi olaraq Holliwud Bulvarındakı "Dolby Teatrı"nda baş tutacaq. Tədbirdə bütün qonaqlar üçün koronavirusa qarşı PCR testlər verməyə və bir dəqiqə içində cavab almağa imkan verən xüsusi bölmə qurulacaq".