-
- 10-03-2023, 10:14
- 342
"Erməni başlarının içərisində hansı tülkülər dolaşır?"
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanması mövzusu nə qədər yaxın görünsə də, bir o qədər uzaqdır. Kimsə tezliklə sülh ola biləcəyi proqnozunu əminliklə verə bilməz, hətta əksəriyyət bunun mümkün olmadığı qənaətindədir. Şəxsən mən də belə fikirləşirəm".
Bu fikirləri News24.az-a açıqlamasında politoloq Azər Qasımov deyib. Politoloq bildirib ki, siyasət mürəkkəb və gözlənilməz işdir.
"Necə deyərlər, kimisi xoşluqla, kimisi zorla yola gəlir. İndiki durumda bu yolların heç biri hələlik nəticə vermir. Azərbaycan daha çox son dövrlər xoşluqla məsələni həll etməyə çalışır, təbii ki, bir yerə qədər. Qalıcı sülh olması üçün hər iki tərəfin istəyinin olması daha yaxşı yoldur. Bu, regionun inkişafı, əmin-amanlığı deməkdir. Hələlik görünən odur ki, Ermənistanın rəhbərliyi də bunu başa düşürmüş kimi görünür. Amma erməni başlarının içərisində hansı tülkülər dolaşır? Bunu ayırd etmək çətin işdir, zaman tələb edir. Hesab edirəm ki, yazdan sonra hər şey öz yerini tutacaq. Tərəflərin gözləntiləri olan məsələlər öz həllini böyük ölçüdə tapacaq. Bu gözləntilər Rusiya-Ukrayna müharibəsinin nəticəsinin böyük ölçüdə müəyyən edilməsi və Türkiyədə keçiriləcək seçkilərdir. Sonra sülh barədə dəqiq proqnoz vermək asan olacaq".
Aynurə