Si Cinpin yenidən Çinin prezidenti seçildi
    • 10-03-2023, 10:27
    • 164

Si Cinpin yenidən Çinin prezidenti seçildi

Si Cinpin 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının birinci sessiyasında yenidən Çin Sədri seçilib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, yeganə namizəd olduğu səsvermədə Si nümayəndələrin yekdil səsi ilə üçüncü dəfə prezident seçilib. Bu barədə qərar deputatlar tərəfindən yekdilliklə verilib. 

Bununla da, 70 yaşlı S.Cinpin üçüncü dəfə 5 il müddətinə Çinə rəhbərlik edəcək.

Qeyd edək ki, Cinpin daha əvvəl 2013 və 2018-ci illərdə Çin Sədri seçilib.

Qumral Əliyeva