Tramp porno aktrisaya susması üçün pul verib
    • 10-03-2023, 10:49
    • 470

Tramp porno aktrisaya susması üçün pul verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York Prokurorluğu tərəfindən keçmiş porno aktrisa Stefani Klifforda ödənişlər etdiyi üçün ifadə verməyə çağırılıb.

News24.az xəbər verir ki, prokurorluq keçmiş prezidentin vəkillərinə bildirib ki, Tramp S.Klifforda onunla əlaqələri barədə susmaq üçün pul ödədiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Prokurorluq Ağ Evin keçmiş rəhbərini gələn həftə ifadə verməyə dəvət edib. Tramp bundan imtina edə bilər. Onun vəkilləri təkbaşına prokurorlarla görüşəcək və mümkün ittihamları müzakirə edəcəklər.

Əgər ittiham təqdim edilsə, bu, ABŞ-ın keçmiş prezidentinə qarşı ilk ittiham olacaq və Trampın 2024-cü ildə yenidən prezident olmaq şansına təsir edəcək. /The New York Time/

Teymur MƏMMƏDOV