Azərbaycanda dəhşətli hadisə - Özünü maşının altına atdı, hadisə yerində öldü
    • 10-03-2023, 11:00
    • 177

Azərbaycanda dəhşətli hadisə - Özünü maşının altına atdı, hadisə yerində öldü

Ötən il iyulun 18-də saat 22 radələrində Şəki rayonunun Aşağı Layısqı kəndi ərazisində rayon sakini P.Xəlilov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mehman Hacırəhimovu vurub öldürməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın əldə etiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən proses fevralın 20-də başa çatıb.

Məhkəmədə bildirilib ki, hadisə zamanı sürücü P.Xəlilovun sürücülük vəsiqəsinin vaxtının keçdiyi və etibarsız olması üzə çıxıb. Bu səbəbdən o, Cinayət Məcəlləsinin 263-.3-cü (sürücülük hüququ olmadan yol-nəqliyyat hadisəsi törətmə, ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

P.Xəlilov ifadəsində deyib ki, hadisə vaxtı yolun kənarı ilə bir neçə nəfərin getdiyini görüb. Həmin şəxslərin yanından keçərkən M.Hacırəhimov qəfil əllərini qaldıraraq özünü maşının altına atıb. Nəticədə piyada maşının altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Hadisənin şahidi olan digər şəxslər bildiriblər ki, qəzadan əvvəl onlar Mehmanla birgə Birinci Biləcik kəndində ad günü məclisinə gediblər. Orada Mehman qardaşının vəfat etdiyini bildirərək bir neçə dəfə ağlayıb və yaamaq istəmədiyini deyib. Həmin vaxt dosları içkili olan şəxsi sakitləşdiriblər.

Məclisdən sonra kəndə qayıdarkən isə M.Hacırəhimov yolun hərəkət hissəsinə çıxıb. Şahidlər həmin vaxt mehmanın özünü maşının altına aığını deyiblər.

Şəki Ağır Cinayətlər Məhkəməsi 1983-cü il tvəllüdlü P.Xəlilovu Cinayət Məcəlləsinin qeyd ediln maddəsi üzrə təqsirli bilib. O, 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tiöli müəssisədə çəkməsi qeyd edilib.

Taleh Bağırov