-
- 11-11-2022, 10:48
- 220
Bakıda evdə bişirilən lavaşları satmağa aparan oğul dəhşətli qəza törətdi – ÖLƏN VAR
Bu il mayın 27-də saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini, 1998-ci il təvəllüdlü E.Gəncəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Seyfəl Veysəlovu vurub öldürməsi hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı E.Gəncəliyev Qaradağ rayon məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə gənc sürücü bildirib ki, hadisə vaxtı evdə anasının bişirdiyi lavaşları yaşadığı Qobustan qəsəbəsinin Şıxlar yaşayış massivinə satmağa aparırmış. O, qəsəbədən magistral yol istiqamətinə hərəkət etdikdə piyada Seyfəl Veysəlov qəfil maşının qarşısına çıxıb və qəza baş verib.
Məhkəmədə mərhumun ailəsi sürücünün gənc olmasını, hadisənin qəsdən törədilmədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə E.Gəncəliyevə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkməlidi.