FHN əməkdaşı qəflətən vəfat etdi
    • 10-03-2023, 13:51
    • 200

FHN əməkdaşı qəflətən vəfat etdi

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional idarəsinin əməkdaşı qəflətən vəfat edib.

News24.az  xəbər verir ki, FHN-in Şimal-qərb regional idarəsinin Mülkü müdafiə idarəsinin rəisi, 1977-ci il təvəllüdlü Mehdiyev Eldəniz Firudin oğlu qəfil dünyasını dəyişib.

Məlumata görə, o, müalicə məqsədilə vurulan iynədən sonra keçinib. İlkin ehtimala görə, Eldəniz Mehdiyev həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.