Biləsuvarda ev yandı
    • 12-03-2023, 09:58
    • 208

Biləsuvarda ev yandı

Biləsuvar rayonunun Bəydili kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//apa.az