ABŞ-da 42 dərəcə şaxta: ölənlərın sayı artır
    • 1-02-2019, 17:13
    • 843

ABŞ-da 42 dərəcə şaxta: ölənlərın sayı artır

ABŞ-da güclü qar çovğunu və şaxtalarla əlaqədar ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə Reuters məlumat yayıb.

Bundan əvvəl əlverişsiz hava şəraiti, o cümlədən, donvurmadan 12 nəfərin həyatını itirdiyi bildirilirdi. Dörd nəfər evində ölü vəziyyətdə tapılıb, altı nəfər buzlu yolda baş verən qəzanın qurbanı olub.

Bir nəfər isə faciəvi şəkildə - qartəmizləyən texnikanın altında qalaraq dünyasını dəyişib. Başqa bir amerikalının mənzildə termostatın sıradan çıxması nəticəsində öldüyü bildirilir.

Qeyd edək ki, ABŞ-ın mərkəzi-qərb bölgəsinin bəzi ştatlarında mənfi 42 dərəcə temperatur qeydə alınıb.