-
- 14-03-2023, 09:06
- 391
Sümük qırılmalarına qarşı nə etmək olar? - Həkimlər açıqladı
Kalsium və maqneziumla zəngin qidalar qəbul etmək lazımdır. Bu osteoporoz riskini azaltmağa kömək edəcək.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər cəfəri, reyhan, vəzəri kimi göyərtilərdə kalsium və maqneziumun bol olduğunu bildiriblər. Həmçinin Bundan əlavə, zəngin kalsium ağ kələm, toyuq yumurtası və pendirdə mövcuddur.
Mütəxəssislər D3 vitamini olan balığı pəhrizə daxil etməyi məsləhət görür. O, fosfor-kalsium-maqnezium mübadiləsini tənzimləyir, sümük toxumasının möhkəmliyini qoruyur.
Həkimlər yaşlıların zəruri fiziki fəaliyyəti unutmamaları barədə də çağırış ediblər: "İnsan fiziki cəhətdən aktiv olmalıdır. Məhz əzələ qruplarının işi sayəsində sümüklər güclənir. Əzələlər işləməzsə, kalsium-maqnezium balansı üçün yaxşı qidalanma olsa belə, insanda osteoporoz inkişaf edə bilər".
Qeyd edək ki, osteoporoz birləşdirici toxumalara təsir edən xəstəlikdir. Bu xəstəlik onurğa, eləcə də qol və ayaqların sümüklərinə daha çox təsir edir.
Osteoporozlu sümüklər gücünü itirir, bu da tez-tez patoloji qırıqlar almaq riskinə səbəb olur.
Teymur MƏMMƏDOV