-
- 19-09-2019, 20:06
- 2 575
Süd içə bilməyənlər əvəzində kələm yesin
Südə nisbətən kələmin tərkibində kalsium daha çoxdur.
News24.az xəbər verir ki, Harvard ictimai sağlamlığın tədqiqi məktəbində aparılan tədqiqatların nəticələrinə görə, bir kələm yarpağında 357 qram kalsium vardır. Halbuki bir stəkan süddəki kalsiumun miqdarı yalnız 306 qramdır. Bundan əlavə, kələmin tərkibindəki kalsium tez həzm olunur. Məsələn, ispanaqda kalsiumun həzm olunmasını ləngidən oksalat turşusu vardır.
Bəzi tədqiqatlara görə, süd gənc yaşlarında osteoporozun qarşısını alır. Lakin Britaniyanın “Qardian” qəzeti yazır ki, ABŞ qadınları həm süd içmək üzrə, həm də osteoporoz xəstəliyinə tutulanların sayına görə dünyada liderdirlər. Çinlilərin rasionunda süd və süd məhsullarına az yer verilir. Buna baxmayaraq, bu ölkədə uzunömürlülüyün orta həddi 70 yaşdır və osteoporoz xəstəliyinə az-az rast gəlinir.
Bu, süddən tamamilə imtina etmək demək deyildir. Sadəcə ot yeyən inəklərin südünü, həm də pasterlizə olunmamış süd içmək lazımdır.