Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu — ANBAAN VİDEO
    • 15-03-2023, 12:45
    • 318

Bakıda bayram tonqalı qorxulu anlara səbəb oldu — ANBAAN VİDEO

Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.

News24.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. 

Qurumun mətbuat xidmətindən baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həyətində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.