"Google"-da işdən çıxarılmalara etiraz - 2000 NƏFƏR...
    • 15-03-2023, 14:49
    • 103

"Google"-da işdən çıxarılmalara etiraz - 2000 NƏFƏR...

"Google" şirkətinin yüzlərlə əməkdaşı İsveçrənin Sürix şəhərindəki binasında işlərini dayandırıb.

News24.az xəbər verir ki, etiraza səbəb daha 200-dən çox əməkdaşın işdən çıxarılması olub. 

Etirazçılar aksiyanı "Google"-un ofisinin qarşısında keçirib. 

Şirkətin Sürix ofisində ümumilikdə 2000 nəfərin ixtisar ediləcəyi bildirilir. İşçilərin həmkarlar ittifaqı "Google" ilə işdən çıxarmaq əvəzinə maaşları və iş saatlarını azaltmağı təklif etmək üçün danışıqlar aparıb.

Lakin şirkət bu məsələyə müsbət yanaşmayıb. /Haber Global/

Teymur MƏMMƏDOV