Türkiyədə sel fəlakətində 14 nəfər öldü
    • 16-03-2023, 10:33
    • 149

Türkiyədə sel fəlakətində 14 nəfər öldü

Türkiyənin Adıyaman rayonu və Şanlıurfa şəhərində baş verən sel fəlakətində 14 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O bildirib ki, iki vilayətdə ölənlərin ümumi sayı 14, itkin düşənlərin sayı isə 5-dir.

Qumral Əliyeva