Ağdamda mina partladı - ÖLƏNLƏR VAR
    • 16-03-2023, 13:00
    • 191

Ağdamda mina partladı - ÖLƏNLƏR VAR

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Bu barədə News24.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-ci il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər.

Araşdırma aparılır.