Bu məzunlara yeni imkanlar yaradılacaq - RƏSMİ AÇIQLAMA
    • 17-03-2023, 11:13
    • 130

Bu məzunlara yeni imkanlar yaradılacaq - RƏSMİ AÇIQLAMA

Bu il 3 fənn üzrə buraxılış imtahanlarında iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradılacaq. Onlar 15 aprel–5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. 

M.Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb. Onun sözlərinə görə, 11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 

"2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub", - deyə M.Abbaszadə əlavə edib.