Çoxmərtəbəli binada partlayış BAŞ VERDİ
    • Bu gün, 13:36
    • 61

Çoxmərtəbəli binada partlayış BAŞ VERDİ

Rusiyanın Nijni Tagil şəhərində çoxmərtəbəli binada partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə "TagilCity.ru" Telegram kanalı məlumat yayıb.

Hadisə Sibirskaya küçəsi, 83 ünvanında baş verib. Partlayış səbəbindən yaşayış binasının bir hissəsi uçub.

“Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər gəlir. Dağıntılar altından insanların qışqırtıları eşidilir”, - deyə bildirilib.

“Nijni Tagil insident” Telegram kanalının məlumatına görə, fövqəladə hadisə Vaqonka mikrorayonunda baş verib. Beşmərtəbəli bina, ehtimal olunur ki, məişət qazının partlaması nəticəsində uçub.

Qeyd edək ki, zərərçəkənlərə kömək etmək üçün iki aero-tibb qrupu, Yekaterinburqdan göyərtəsində tibbi briqadaların olduğu iki helikopter, evakuasiya modulları və tibbi avadanlıqlarla təchiz edilmiş mobil tibbi kompleks göndərilib.

Məryəm İlhamqızı