Qlyukoza reperləri tənqid etdi - FOTO
    • 4-02-2019, 11:00
    • 859

Qlyukoza reperləri tənqid etdi - FOTO

Rusiyanın bir zamanlar çox məşhur olan reperi Detslin qəfil ölümü bir çox sənət adamlarını yasa boğdu.

Bir çox reperlər isə onun replərindən bəhrələndiklərini, onlarla böyüdüklərini dilə gətirdilər. Bu etiraflar məşhur Qlyukoza(Natalya Çistyakova-İonova) bərk əsəbləşdirib.
Müğənni instagram hesabında Detslin fotosunu paylaşaraq reperləri ikiüzlü adlandırıb. Qeyd edib ki, bunları Detsl sağ olanda etiraf etmək lazım idi. Halbuki reper sağkən az adam vardı ki, onu yada salır və üzünə ondan bəhrələndiyini söyləyirdi.

Qlyukozanın bu sərt mövqeyinə fikirlər müxtəlif olub. Əksəriyyəti yazdıqlarına haqq qazandırsa da, yazdıqlarının yersiz olduğunu diqqətinə çatdıran izləyicilər də olub. 

Azər NƏSİBOV