-
- 17-03-2023, 14:10
- 468
Bakıda qızla görüşə gedən oğlanı tələyə saldıb tutdular – ŞOK HADİSƏNİN TƏFƏRRÜATI
Bakı Ağır Cinaytlər Məhkəməsində quldurluq əməlində ittiham edilən 2 gəncin məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, əvvəllər ağır cinayət törətdiklərinə görə məhkumluq həyatı yaşamış Lerik rayon sakini, 1994-cü il təvəllüdlü Mirağa Bağıyev və Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəyal Abdullayev Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5 (Quldurluq) maddəsi ilə təqsirləndiriliblər.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, hər iki şəxs sosial şəbəkədə qadın adı ilə (SEVA) profil yaradaraq quldurluq planı qurublar və Mustafa Quliyev adlı şəxsi tələyə salıblar. Quldurluq əməli ilə üzləşmiş Mustafa başına gələn hadisə haqqında ifadəsində deyib: “27 yanvar 2022-ci il tarixdə səhər saatlarında “Ok.ru”da bir qadınla mesajlaşıb tanış oldum. Həmin şəxs pul müqabilində görüşdüyünü dedi və 100 manata görüş təklifini qəbul etdi. O, mənə üzünün görünmədiyi fotoşəkillərini göndərdi və Sabunçu qəsəbəsindəki 155 saylı orta məktəbin yaxınlığında yaşadığını dedi. Mən maşınımla onun dediyi yerə getdim. Saat 08:04-də ona 155 saylı məktəbin yanından şəkil çəkərək göndərdim ki, gəlmişəm, burdayam. O da cavabında maşını orada saxlamağımı, həmin küçə ilə aşağıya doğru gəlməyimi və gümüşü rəngli avtomobilin yanındakı evə girməyimi yazdı. “Kia Rio” markalı avtomobilimi saxlayıb düşdüm və həmin şəxsin dediyi küçə ilə irəlilədim. 40 metr getdikdən sonra dalanda dayanan iki nəfər mənə yaxınlaşdı. Ona nə üçün gəldiyimi və kimi axtardığımı dedim. Adının sonradan Xəyal olduğunu öyrəndiyim şəxs qolumdan tutdu, bıçaq çıxardı. Mirağa adlı şəxs isə bıçağı qarnma sıxaraq təhdid etməyə başladı”.
Araşdırmalar zaman məlum olub ki, quldurluqla məğul olan şəxslər Mustafanın 1800 manat dəyəri olan “İphone 12 Pro” markalı telefonunu və üzərindəki 703 manat pulu götürüblər.
Ərazidə yaşayan yaşlı bir kişinin qapıdan çıxmasından sonra həmin şəxslər Mustafanı buraxıblar və o, qaçaraq uzaqlaşıb. Daha sonra o, hadisə ilə bağlı polisə məlumat verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində quldurluqla məşğul olan şəxslər tutulub və barələrində cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsindəki iş üzrə keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Quldurluq etmiş şəxslərdən Mirağa 9 il 6 ay, Xəyal isə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Taleh BAĞIROV