Bakıda qadınlar arasında DAVA - CİNAYƏT İŞİ AÇILDI
    • 6-06-2019, 19:00
    • 1 360

Bakıda qadınlar arasında DAVA - CİNAYƏT İŞİ AÇILDI

Bakıda qadınlar arasında baş vermiş dava-dalaşa görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib. Nəzakət Abbasova polisə müraciət edərək Aynurə Məbudova tərəfindən döyüldüyünü bildirib. N.Abbasova həkim müayinəsindən keçirilərkən onun xəsarətlər aldığı müəyyənləşib və faktla bağklı Cinayət Məcəlləsinin 128—ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş açılıb.

Artıq iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. İşə iyunun 12-də baxılacaq.