Azərbaycanda gəlinini döyən qayınanaya cinayət işi açıldı
    • 18-04-2022, 09:54
    • 488

Azərbaycanda gəlinini döyən qayınanaya cinayət işi açıldı

Yevlaxda gəlinini döyən qayınanaya cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, hadisə yanvar ayında rayonun Yeni Çobankərə kəndində baş verib. 1972-ci il təvəllüdlü Kamilə Əliyevanın gəlini Təranəni döyərək xəsarətlər yetirməsina görə Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları daha sonra rayon Məhkəməsinə göndərilib.

Bir neçə gün əvvəl Yevlax rayon məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə işə baxılıb. Məhkəmədə Təranə qayınanasını bağışladığını, ondan şikayətçi olmadığını bildirib. məhkəmə işin hallarını nəzərə alaraq cinayət təqibinə xitam verilməsinə və K.Əliyevanın cinayət məsuliyyətindən azad edilməsinə qərar verib.