"Twitter" mavi işarələri geri alır
    • 24-03-2023, 10:52
    • 309

"Twitter" mavi işarələri geri alır

"Twitter" mühüm hesablara mavi işarələr verən təsdiq sistemini dayandırır.

Nerws24.az xəbər verir ki, sözügedən işarələr artıq ödənişli olaraq "Twitter Blue" vasitəsilə istifadə edilə bilər.

"Twitter" aprelin 1-dən sistemi bağlamağa başlayacaq.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, məşhurlar, məmurlar, jurnalistlər və şirkət tərəfindən vacib hesab edilən digər şəxslər profilləri üçün təsdiq tələb edə bilərdi. /TRT Haber/

Teymur MƏMMƏDOV