Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşır
    • 25-03-2023, 12:46
    • 435

Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşır

Alimlər tərəfindən ən son kəşf edilən və "2023 DZ2" adı ilə təyin edilən asteroid martın 25-də Yer kürəsinin yanından keçməlidir. 
 
News24.az xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb .
 
Alimlərin fikrincə, o, planetimizin yanından cəmi 175 min kilometr məsafədə 28 044 km/saat sürətlə uçacaq. Diametri 43 ilə 95 metr arasında dəyişən nəhəng kosmik qaya ilk dəfə fevralın 27-də Kanar adalarındakı rəsədxanada müşahidə edilib.

Bu, 2021-ci ilin sentyabrından bu yana Yer kürəsini keçən ən böyük asteroiddir.
 
Asteroidi həvəskar teleskoplarla görmək olar: kosmik qaya yavaş-yavaş hərəkət edən ulduz kimi görünəcək. Asteroid Bakı vaxtı ilə saat 11:52-də Yerə ən yaxın mövqedə olacaq. Əgər "2023 DZ2" Yerə düşsə, bu, böyük ziyana səbəb ola bilər.

Xatırladaq ki, eni 18 m olan Çelyabinsk meteoriti yeddi min binaya ziyan vurmuşdu, yeni “qonaq” isə yəqin ki, bundan üç dəfə çoxziyan vura bilər. Lakin asteroidin orbiti haqqında mövcud məlumatlara əsasən onun Yerlə toqquşma ehtimalı azdır.//sfera.az