Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapıldı
    • 25-03-2023, 21:23
    • 500

Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapıldı

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.